BolgeXeber.Com » Bakıda qaydasız döyüş yarışında kütləvi dava düşdü - VİDEO

Bakıda qaydasız döyüş yarışında kütləvi dava düşdü - VİDEO

1-02-2016, 09:52
Oxunub: 2 213 Bakıda qaydasız döyüş yarışında kütləvi dava düşdü - VİDEODavaya zaldakı tamaşaçılar da müdaxilə edib

MMA (Qarışıq Döyüş İncəsənəti) üzrə Bakıda keçirilən yarışda xoşagəlməz anlar yaşanıb.

Bolgexeber.com azxeber-ə istinadən məlumat verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 70 kq çəki dərəcəsində qarşılaşan Aqşin Salmanov və Cəfər İsmiyev arasındakı dava rinqdən kənarda da davam edib.

İdmançıların gərgin mübarizəsi nəticəsində ara qarışıb. Belə ki, qarşılaşma zamanı rinqdən kənara keçən idmançıların davasına zaldakı tamaşaçılar da müdaxilə edib. Nəticədə kütləvi dava düşüb.

“İdman Azərbaycan” kanalı ilə canlı yayımlanan bu görüntülər yarımçıq kəsilib və kanal reklam fasiləsinə ayrılıb.

Həmin görüntüləri təqdim edirik: