BolgeXeber.Com » Futbol üzrə Avropa Liqasının finalçıları məlum olub - VİDEO
Futbol üzrə Avropa Liqasının finalçıları məlum olub - VİDEO
6-05-2016, 09:14
Oxunub: 2 179
Avropa Liqasının finalında "Liverpul" və "Sevilya" qarşılaşacaq
Futbol üzrə Avropa Liqasının finalçıları məlum olub."Report" xəbər verr ki, bu gecə baş tutan iki yarımfinal oyunundan sonra "Liverpul və "Sevilya" finala yüksəlib.
İngiltərədə keçirilən oyunda "Liverpul" İspaniyanın "Vilyarrel" klubunu qəbul edib. "Enfild Roud" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya komandası görüşü azlıqda başa vurub. Matçın 71-ci dəqiqəsində klubun futbolçusu Viktor Ruis qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu komandaların İspaniyada keçirilən ilk qarşılaşması "Vilyarreal"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Yekun nəticədə (3:1) ingilis klubu finala çıxan tərəf olub. "Liverpul" sözügedən turnirin finalına sonuncu dəfə 2001-ci ildə vəsiqə qazanıb. Həmin vaxt onlar finalda İspaniyanın "Deportivo-Alaves" kollektivinə 5:4 hesabı ilə məğlub olublar.
Digər yarımfinal qarşılaşmasında İspaniyanın "Sevilya" kollektivi Ukraynanın "Şaxtyor" klubunu qonaq edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matç 2:2 yekunlaşdığından, ümumi nəticəyə görə (5:3) "Sevilya" ardıcıl üçüncü dəfə turnirin finalına çıxıb.
Avropa Liqasının final matçı mayın 18-də İsveçrənin Bazel şəhərində keçiriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər