BolgeXeber.Com » Füzuli RİHB Alı Alıyev Beyləqan və İmişlidə məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb

Füzuli RİHB Alı Alıyev Beyləqan və İmişlidə məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb

22-08-2016, 10:22
Oxunub: 2 671 Füzuli RİHB Alı Alıyev Beyləqan və İmişlidə məskunlaşan füzulili məcburi köçkünlərlə görüşübPrezident cənab İlham Əliyevin əhalinin problemlərinin öyrənilməsi,həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffalığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daima diqqət mərkəzində saxlanılır

Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Alı Alıyevin növbəti səyyar-qəbul görüşü füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Beyləqan və İmişli rayonlarında keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatları və ictimaiyyət nümyəndələri iştirak etmişdir.
Alı Alıyev bildirmişdir ki, bu cür görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarını uyğun olaraq mütəmadi olaraq keçirilir.Alı Alıyev qeyd edib ki, vətəndaşların problemlərinin həlli ilk növbədə onların sosial- məişət qayğılarını yerində öyrənmək, hər bir vətəndaşın irəli sürdüyü məsələni, etdiyi müraciəti diqqətlə araşdımqdan ibarətdir.
Görüşdə Beyləqan və İmişli rayonlarında məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Görüş zamanı çıxış edənlər məcburi köçkünlər dövlət tərəfindən hər tərəfli qayğı ilə əhatə olunduqlarını, məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini bildiriblər. Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdalıqlarını bildiriblər. Qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlra, öz ata-baba yurdlarına qayıtmaqdır.
Bolgexeber.com