BolgeXeber.Com » DİN-in “İnstagram” səhifəsinə müraciət edən Şəmkir sakininə dəymiş ziyan ödənilib
DİN-in “İnstagram” səhifəsinə müraciət edən Şəmkir sakininə dəymiş ziyan ödənilib
27-12-2019, 10:11
Oxunub: 3 996
Şəmkir rayon Zəyəm-Cırdaxan kənd sakini, 1962-ci il təvəllüdlü Sədrəddin İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə müraciət edərək həmkəndlisi tərəfindən 780 manat pulunun mənimsənildiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar aparılıb. Məlum olub ki, müraciət müəllifi cari ildə həmkəndlisi Qafqaz Bayramova 780 manat ödəniş edərək mebel sifarişi verib. Lakin Q.Bayramov sifarişi yerinə yetirməyib, eyni zamanda müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Polis əməkdaşlarının səyi nəticəsində Q. Bayramov vətəndaşa dəymiş ziyanı ödəyib. Müraciətinə operativ və qərəzsiz baxıldığı üçün S.İsmayılov DİN rəhəbərliyinı öz təşəkkürünü bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər