FHN məhkəməyə verildi
11-08-2011, 16:25
Oxunub: 3 221
Məlum olduğu kimi ötən ilin yazında baş vermiş Kür daşqınlarının təsirinə məruz qalmış bir qrup sakin onlara dəyən ziyanın obyektiv qiymətləndirilməsi və ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Hazırda məhkəmə çəkişməsi davam edir və növbəti proses sentyabrın 3- də 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsində keçiriləcək. Bir neçə gün öncə isə daşqınların təsirinə məruz qalmış daha 8 nəfər məhkəməyə müraciət edərək onlara dəyən ziyanın obyektiv qiymətləndirilməsi və ödənilməsi tələbi ilə Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıblar. Bolgexeber.com-un məlumatına görə, digər tərəfdən iddiaçılar öz ərizələrində daşqınların baş verməsində bir başa günahkar olan, bu istiqamətdə dövlət büdcəsindən ayrılan iri həcmli vəsaitləri aidiyyatı üzrə səmərəli və şəffaf xərcləməyən Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin də məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Yeri gəlmişkən qeyd edək ki, 2004- 2011- ci illər ərzində Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, meliorasiya, drenaj və s. işlər üçün ayrılmış 1,1 milyard manat vəsaitin xərclənmə istiqamətləri, görülən işlərlə bağlı Meliorasiya və Su təsərrüfatı ASC “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən ünvanlanan İnformasiya sorğusunu tam cavablandırmadığı üçün Qərargah tərəfindən məhkəməyə verilib və hazırda məhkəmə çəkişməsi mərhələsindədir.
Qeyd edək ki, məhkəməyə müraciət edənlər Sabirabad, Saatlı və İmişli rayonunun sakinləridir. İddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. Onlara hüquqi xidmət isə Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən həyata keçirilir.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət