Daha bir hərbi komissar müavini həbs olundu
19-08-2011, 18:25
Oxunub: 2 212
Korrupsiyaya qarşi mübarizə müavinlərdən qalxib rəislərə çatmir ki, çatmir
Respublika Hərbi Prokurorluğu 3 aydan artıq Lənkəran Rayon Hərbi Komissarlığında yoxlamalar aparıb.
Aparılan yoxlamalar bu ay başa çatıb və komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb.
Yoxlamaların nəticəsi olaraq Lənkəran rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən polkovnik-leytenant Hüseyn İbrahimov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2.3-cü (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, H. İbrahimov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bir müddət əvvəl Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev və bir sıra rayonların hərbi komissarları korrupsiya faktı ilə əlaqədar həbs ediliblər.
Respublikanın hərbi prokuroru Xanlar Vəliyev 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunan kollegiyada bildirib ki, bu il Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb və istintaq davam etdirilir.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət