İş adamı prokurorluqda kimlərin adını çəkib?
23-08-2011, 07:40
Oxunub: 3 656
Məktəb tikintisi ilə məşğul olan Mövsüm İsmayılov Ağcabədnin icra başçısı Şahin Məmmədovun şəriki olduğunu etiraf edib
Xəbər verdiyimiz kimi, bu yaxınlarda ölkədə məktəb tikintisi ilə məşğul olan şirkətlərin rəhbərləri hədəfə alınıb. Bolgexeber.com-a daxil olan məlumatlarda deyilir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi artıq bu istiqamətdə bir sıra işlər həyata keçirib.
Məlumatda bildirilir ki, hələlik məktəb tikintisi ilə məşğul olmuş 4 inşaat şirkəti ilə bağlı aparılan araşdırmalar yekunlaşmaq üzrədir. Onlardan biri də “Qardaşlıq”, “Xumar 98”, “Min LTD”, “İnşa” MMC-dir. Bu barədə verilən məlumatlarda deyilir ki, həmin şirkətlərin rəhbəri Mövsüm İsmayılov qudası Nizami Allahverdiyevlə birlikdə Misir Mərdanovla şərik olaraq heç bir tender qaydası gözlənilmədən tenderlərin qalibi elan edilir və məktəb tikintisi ilə məşğul olurlar.
İndiyə qədər ölkənin əksər rayonlarında məktəb tikintisi ilə mşğul olmuş şirkətin rəhbərinin işinin üstü isə Korrupsiya Qarşı Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində açılıb. Bolgexeber.com-a verilən bilgilərdə qeyd olunur ki, Bakıdakı Binə qəsəbəsindəki 149 saylı, Ağcabədidəki 6 saylı və Yuxarı Avşar kəndindəki məktəblərdə yaranmış problemlər araşdırılıb və bununla bağlı konkret hesabat hazırlanıb.
Məlumatda vurğulanır ki, bu araşdırmalar zamanı məlum olub ki, həmin məktəblər standartlara uyğun tikilməməklə yanaşı, onlardan ikisi artıq qəzalı vəziyyətə düşüb. Bolgexeber.com-a xəbər verir ki, Yuxarı Avşar kəndindəki orta məktəbin binası isə dərs ili olmadığından təmirə dayandırılıb və onun təməlində belə problemlər var. 149 saylı orta məktəbdə olduğu kimi, bu tədris ocağında da divarların çatlar verməsi onu deməyə əsas verir ki, ortada ciddi yeyinti halları var.
Mövsüm İsmayılovun həbsi ilə bağlı deyilənlərə gəldikdə isə onun həqiqətən də bir müddət əvvəl Baş Prokurorluğa çağırıldığı artıq təsdiqini tapıb. Mənbənin Bolgexeber.com-a verdiyi məlumatda vurğulanır ki, araşdırmaların nəticəsi ilə bağlı M.İsamayılovdan izahat tələb olunub və dindirilib. O isə öz növbəsində tikinti üçün aldığı pulları təkbaşına yemədiyini və bunu bölüşdürdüyünü etiraf edib. Hətta o da iddia olunur ki, sözügedən şəxs Ağcabədnin icra başçısı Şahin Məmmədovun adını da çəkib. Və bildirib ki, hal hazırda da icra başçısı rayonda tikintisi həyata keçirilən 4 məktəbən 3-nün pulunu özünə götürəcəyini İsmayılovun diqqətinə çatdırıb. O yalnız bir məktəbin inşasından gəlir əldə etmək hüquqna sahibdir.
Bundan başqa, M.İsmayılov izahat verən zama niş gördüyü bir neçə başqasının da adını çəkib. Onların sırasında iş adamının ən yaxın bildiyi şəxslərin də adları var.
Mənbə bildirir ki, M.İsmayılov Korrupsiyaya Qarşı Mübarizə İdarəsində izahat verdikdən sonra sərbəst buraxılıb. Və onun diqqətinə çatdırılıb ki, bir müddət sonra yenidən idarəyə çağrıla bilər. Eyni zamanda, həyata keçirdiyi yeyinti əməlləri barədə də ona lazımi qədər məlumata malik olduqlarını deyiblər. Və bunun belə də başa çatacağını düşünməməsini tövsiyyə ediblər. Belə məlumat dolaşır ki, yaxın vaxtlarda M.İsmayılov yenidən idarəyə çağrılacaq və bu dəfə onun sərbəst şəkiddə evinə dönə biləcəyi baş verməyəcək.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət