BolgeXeber.Com » Gündəm » Ana Vətən Partiyasının Gənclər Təşkilatı tədbir keçirib

Ana Vətən Partiyasının Gənclər Təşkilatı tədbir keçirib

25-02-2014, 15:55
Oxunub: 4 214 Ana Vətən Partiyasının Gənclər Təşkilatı Azərbaycan Dövlət Pedoqoji Universitetində Ulu Öndər H.Əliyevin müdrik sözü olan”Xalqın ,Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” mövzusunda tədbir keçirmişdir

Ana Vətən Partiyasının Gənclər Təşkilatı Azərbaycan Dövlət Pedoqoji Universitetində Ulu Öndər H.Əliyevin müdrik sözü olan ” Xalqın,Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” mövzusunda tədbir keçirmişdir Tədbirdə AVP Gənclər Təşkilatının sədri Tural Məmmədov və sədr müavini Hikmət Yusifov iştirak etmişdir.
Tədbirdə çıxış edən Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Tural Məmmədov Ulu Öndər Heydər Əliyev ideyalarından, onun xalqımıza verdiyi töhvələrdən geniş bəhs etdi. T.Məmmədov Azərbaycan gəncliyini ayıq-sayıq olmağa, qara qüvvələrin təsirinə düşməməyə çağırdı.
Eyni zamanda beynəlxalq aləmin Azərbaycana qarşı göstərdiyi ədalətsizlikdən danışan sədr bildirdi ki, mövcud sabitliyimizin qorunmasında hər bir kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Bundan əlavə Tural Məmmədov Xocalı faciəsindən geniş danışaraq qeyd etdi ki, belə faciələrimizi unutmamalı , düşmənə qarşı daima amansız mübarizə aparmalıyıq . Qarabağ və ətraf torpaqlarımız hələ də erməni işğalındadır və işğal olunmuş torpaqlarımızla bağlı BMT –nın dörd qətnaməsi hələ də icra olunmur. Ancaq Liviya dövləti haqqında qəbul edilən qətnamə qısa müddətə icra olundu. Bu bir daha onu göstərir ki, beynəlxalq siyasətdə ikili standartlar mövcuddur. Butun bunları nəzərə alaraq hər birimiz tariximizi, adət-ənənələrimizi öyrənməli və təbliğ etməliyik.
Sonda tədbir tələbələrin çıxışları ilə başa çatıb.