BolgeXeber.Com » Gündəm » Qazax Dövlət Dram teatrı “Xocalı həftəsi” layihəsi altında tamaşa göstərib
Qazax Dövlət Dram teatrı “Xocalı həftəsi” layihəsi altında tamaşa göstərib
26-02-2014, 08:35
Oxunub: 4 751
Teatrın bugünkü aksiyası “açıq qapı” altında keçirilib
Bolgexeber.com bildirir ki, bu gün, 26 fevral 2014-cü il tarixdə Qazax Dövlət Dram teatrı Xocalı faciəsinin 22-ci il dönümü münasibətilə yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı göstərdi. Tamaşa teatrın “Xocalı həftəsi” layihəsi altında həyata keçirilir. Tamaşanın quruluşçu rejissoru Musa Eyyubov, rəssamı Afiq Məmmədovdur. Rolları Saqif İskəndərov, Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Orucova, İlqar Hacəliyev və Arif Almədədov ifa ediblər. Onu da qeyd edək ki, teatrın bugünkü aksiyası “açıq qapı” altında keçirilib. Tamaşa rayonun bütün sakinləri və qonaqları üçün pulsuz göstərilib. Fevral ayının 28-də isə həmin tamaşa Qazax sosial –iqtisad kollecinin tələbələri üçün göstəriləcək.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər