BolgeXeber.Com » Gündəm » Ermənilər Xocavəndə od qoyur

Ermənilər Xocavəndə od qoyur

8-09-2011, 15:10
Oxunub: 5 585 Erməni hərbçiləri Azərbaycanın işğalda yerləşən ərazilərini yenidən yandırmağa başlayıb.

BolgeXeber.Com-un Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə,yanğın bu gün saat 12:00 radələrindən başlayaraq Erməni Silahlı Qüvvələri işğal etdikləri Xocavənd rayonunun Qarakənd kəndi ərazisində başlanıb.

Bir saatdan çox davam edən yanğınlar get-gedə daha da geniş miqyas alıb. Alovun yaratdığı tüstü duman cəbhəyanı yaşayış məntəqələrindən açıq-aydın görünür. Hazırda həmin ərazilərdə quru otlaq sahələri yanır.