Təhsil Nazirliyindəki korrupsiya ilə bağlı açıqlama
19-09-2011, 16:40
Oxunub: 6 463
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev mətbuata açıqlamasında bildirib ki, adıçəkilən idarə Təhsil Nazirliyi ilə bağlı bir neçə cinayət işi üzrə istintaq həyata keçirir.
K. Əliyevin sözlərinə görə, həmin cinayət işlərinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilən zaman ictimaiyyətə məlumat veriləcək. K. Əliyev deyib ki, 2011-ci ildə 160 şəxs barəsində 95 cinayət işinin istintaqı yekunlaşdırılaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən məhkəmələrə göndərilib. Hazırda idarədə 89 cinayət işi üzrə istintaq gedir və bu işlər ilin sonunadək məhkəmələrə göndəriləcək.
K. Əliyevin sözlərinə görə, bu il Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 nömrəli "qaynar xətt" xidmətinə 2 mindən çox müraciət daxil olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər