Şirvan sakinlərinin həyatı təhlükədə
21-04-2014, 05:50
Oxunub: 3 118
Rəhman adlı şəxsin apteklərində satılan dərman preparatları keyfiyyətli deyil
Səhiyyə Nazirliyinin əməkdaşları dərhal oxlamalara başlamalıdır.Şirvan şəhərində aptekçilik fəaliyyəti ilə məşğul olan və rayon sakinləri arasında «apteklər kralı» kimi tanınan iş adamı Rəhman adlı şəxsin həyata keçirdiyi özbaşınalıqlar haqqında keçən saylarımızda geniş məlumat vermişdik. Söhbətin nədən getdiyini bilməyən oxucularımızın diqqətinə çatdıraq ki, adıçəkilən biznesmen qeyri-qanuni yollara baş vuraraq Şirvanda bir neçə aptek məntəqəsi açıb. Apteklərin bir neçəsinin müvafiq icazə sənədi, yəni lisenziysı yoxdur.
Bu azmış kimi, aptek müdiri sahibi olduğu məntəqələrdə əczaçılıq təhsili olmayan şəxsləri işə qəbul edib ki, bu da fəsadlarsız ötüşməyib. Digər tərəfdən, iş adamının nəzarətində olan digər obyektlərdə müxtəlif problemlər, əsasən də vergi ilə bağlı ciddi nöqsanlar mövcuddur. Dünən rayondakı etibarlı mənbələrdən aldığımız məlumatlara görə, qəzetdə dərc olunan məqalələrdən sonra aptek müdiri fəaliyyətindəki nöqsanları aradan qaldırmaqdansa, qanun pozuntularının sayını artırıb. Mənbəmiz deyir ki, harda gəldi icra başçısı Mərdan Camalovun adından istifadə edən, bir sıra qanunsuz əməllərini onunla bağlayan Rəhman adlı şəxsin apteklərində satılan dərmanlar sakinlərin həyatı üçün potensial təhlükə mənbəyidir: «Rayon Mərkəzi Xəstəxanasının həkimləri xəstələri Rəhmanın apteklərinə yönləndirirlər. Onun apteklərində satılan dərman preparatlarının, tibbi ləvazimatların keyfiyyəti şübhəlidir. Şirvanda dərman bazarını inhisara alıb. O, digər apteklərin rəhbərlərini sıxışdırır. Vaxtı keçmiş dəman preparatlarının satışa qoyulması istisna edilmir. Vətəndaşlar naəlac qaldıqlarına görə ona məxsus apteklərdən dərman alırlar. Lisenziyası olmayan aptekdə satılan məhsulun keyfiyyəti necə olacaq? Allah ümidinə qalmışıq. Nə bir yoxlama aparılır, nə də rayon rəhbərliyi səviyyəsində məsələyə münasibət bildirilir. Rəhman biznesini inkişaf etdirəcək deyə camaatın həyatı təhlükəyə atılmalıdır?». Mənbə həmçinin vurğulayır ki, sahibkarın sərəncamında olan məntəqələrdə reseptsiz satışı qadağan olunan bəzi dərman preparatları açıq şəkildə satılır: «Şirvan şəhərində narkotik maddələrin istifadəçisi olan yüzlərlə insan var. Belələri həmin maddələrin qəbulu zamanı kənar vasitələrdən istifadə edirlər. Elə qatışıqlar var ki, onu narkotikin tərkibinə vurmasan istənilən keyfiyyəti vermir. Bu cür preparatlar Rəhmanın apteklərində satılır». Bizim bildiyimizə görə, Səhiyyə Nazirliyinin rəsmiləri lisenziyası olmadan fəaliyyət göstərən apteklərə qarşı mübarizə tədbirləri həyata keçirirlər. Nazir Oqtay Şirəliyevdən xahiş edirik ki, Rəhman adlı şəxsin apteklərini yoxlatdırıb Şirvan sakinlərini gözləyən ciddi təhlükənin qarşısını alsın. İnanmaq istərdik ki, nazir bizim xahişimizi nəzərə alıb elə günü bu gün Rəhman adlı sahibkarın aptek məntəqələrində yoxlamaların aparılmasına dair göstəriş verəcək.
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər