Çürüyüb ölən əsgərlə bağlı prokurorluq hərəkətə keçdi
30-09-2011, 17:20
Oxunub: 6 718
Azərbaycan Ordusunun əsgəri Eldar Novruzovun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
Bolgexeber.com xəbər verir ki, Respublika Hərbi prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Bakı şəhər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşma (342.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluqdan bildirilib ki, hələlik faktla bağlı saxlanılan yoxdur.
19 yaşlı əsgər Novruzov bir müddət öncə səhhətində yaranan problemlə əlaqədar burnundan əməliyyat olunmuşdu. Əməliyyatdan sonra onun səhhəti daha da pisləşib.
Novruzov müalicəsini davam etdirmək üçün dünən təhkim olunan həkimlə birgə Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman dünyasını dəyişib.
Əsgərin ölümündə cavabdeh şəxslərin məsuliyyəti sübuta yetirilərsə, həmin şəxsləri üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər