BolgeXeber.Com » Gündəm » Rauf Arifoğlu Müdafiə Nazirini fakt qarşısında qoydu

Rauf Arifoğlu Müdafiə Nazirini fakt qarşısında qoydu

5-10-2011, 18:40
Oxunub: 8 151 Rauf Arifoğlu Səfər Əbiyevə sorğu göndərdi

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Səfər Əbiyevə informasiya sorğusu ilə müraciət edib. Sorğuda aşağıdakılar bildirilir:

Hörmətli nazir!

Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən bir qrup zabit tərəfindən redaksiyamıza daha bir məktub daxil olmuşdur. Həmin məktubda Silahlı Qüvvələrin yuxarı komandanlığının və rəhbər işçilərinin eyni regiona (əsasən Quba, Qusar,Xaçmaz və Dəvəçi rayonlarına) mənsub olan şəxslərdən ibarət olduğu vurğulanıb. Məktubda göstərilən hərbçilərin anadan olduqları bölgələrlə birlikdə adlarını sizə təqdim edirik.
1. Müdafiə naziri, general-polkovnik, Səfər Əbiyev- Quba rayonu
2. Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov- Mahaçqala şəhəri
3. Müdafiə nazirinin köməkçisi polkovnik Elçin Xəlilov, Quba rayonu
4. Baş Qərargah rəsinin köməkçisi polkovnik Elxan Məcidov, Quba rayonu
5. Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Rəhim Cəfərov, Quba rayonu
6. Mühəndis Xidməti rəisi polkovnik Mehman Qədiməliyev, Quba rayonu
7. Kadrlar İdarə rəisi polkovnik Mahmud Ağadadaşov, Xaçmaz rayonu
8. Hüquq İdarə rəisi polkovnik Rauf Kişiyev, Qusar rayonu
9. Arxa Cəbhə İdarə rəisi polkovnik Piri İsrafilov, Quba rayonu
10. İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərov, Dəvəçi rayonu
11. Ərzaq xidmət rəisi polkovnik Musatafa (məktubda soyadı göstərilməmişdir), Quba rayonu
12. Təşkilat-səfərbərlik idarə rəisi general-mayor Yaşar Aydəmirov, Qusar rayonu
13. Maliyyə İdarə rəisi polkovnik Elçin Mehdiyev, Quba rayonu
14. Beynəlxalq İdarə rəisi general-mayor Ramiz Nəcəfov, Quba rayonu
15. İnspeksiya rəisi general-mayor M. Beydullayev, Dəvəçi rayonu
16. İnspeksiya rəisinin müavini polkovnik Elxan Əlibəyov, Qusar rayonu
17. Tədris-Təlim Mərkəzinin rəis müavini polkovnik Kamal Əbiyev, Quba rayonu
18. Hərbi Akademiyanın rəis müavini polkovnik Şair Ramaldanov, Qusar rayonu
19. Kafedra müdiri Çingiz Şəfiyev (keçmiş general), Quba rayonu
20. Ali Hərbi Məktəbin rəis müavini polkovnik Fuad Şıxaliyev, Quba rayonu
21. Tibb İdarə rəisinin müavini polkovnik Beslan Hüseynov, Quba rayonu
22. Hərbi-həkm komissiyasının sədri polkovnik Firudin Qarabəyov, Qusar rayonu
Müdafiə Nazirliyi adları çəkilən hərbçilərin həqiqətən eyni bölgəyə mənsub olub-olmadıqlarını təsdiq edirmi və əgər belədirsə, nazirliyin yuxarıda göstərilən rəhbər vəzifələrə hansı səbəbdən məhz həmin rayonlarda anadan olmuş şəxslərin təyin edilməsini izah edə bilərmi.
İnanırıq bizə verəcəyiniz cavab bir çox qaranlıq məqamların aydınlaşdırılmasına yardım göstərəcəkdir.