Nazirliyin şöbə müdirini ölümlə hədələyən dəstənin sifarişçisi tutuldu
9-05-2014, 11:25
Oxunub: 3 517
Nazirliyin idarə rəisindən 200 min istəyən dəstənin sifarişçisi tutuldu.
Bir neçə ay əvvəl Maliyyə Nazirliyi 5 saylı Qaradağ Xəzinədarlıq İdarəsinin rəisi Mirzə Mirzəyev və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200.000 manat pul tələb edən qrupun həbs olunması ilə bağlı xəbər yayımlamışdıq.
Sözügedən hadisədə təqsirkar bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində elə yanvar ayında tutulmuşdular.
Nazirliyin yüksək rütbəli məmuruna qarşı cinayətin arxasında həbs olunan iki şəxslə yanaşı sifariş verənin kimliyi də çox maraqlı idi.BMCMİ dünən əməliyyat keçirərək, cinayətin sifarişçisini də tutub. Məlum olub ki, nazirliyin şöbə müdirini ölümlə hədələyən, imicinə xələl gətirəcəyi, uşaqlarının oğurlanacağı və digər təhdidlər edən qrupa rəhbərlik edən həmin şəxs hadisədən sonra qaçıb gizlənibmiş.
Dünən keçirilən əməliyyatla sifarişçi Şirvan şəhərində anadan olan, 66 il təvəllüdlü Namiq Xəlilov Bakıda saxlanılıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər