Sarkozi Bakıda
7-10-2011, 17:55
Oxunub: 6 355
Fransa Prezidenti Nikola Sarkozi cümə günü Azərbaycana səfərə gəlib.
Fransa Prezidentinin Azərbaycana səfəri çərçivəsində oktyabrın 7-də Azərbaycanda fransız məktəbinin təsis olunması barədə sazişin imzalanması planlaşdırılır. Məktəb fransız dilində uşaq bağçasından başlamış liseylə başa çatan tam təhsil verəcək. Bu barədə çərşənbə günü Bolgexeber.com-a diplomatik mənbələrdən məlumat verilib.
Bu, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) də qoşulduğu hər iki ölkənin Təhsil nazirliklərinin birgə layihəsidir.
Sarkozinin Bakıya səfəri zamanı yüksək səviyyədə təkbətək formatda və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar keçiriləcək.
İkitərəfli əlaqələrin, regional məsələlərin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi nəzərdə tutulur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa danışıqlar prosesinin perspektivləri üzrə öz mövqeyini şərh edəcək.
Fransa Prezidentini Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri, bir neçə nazir müşayiət edəcək.
Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri oktyabrın 6-da başlayıb. Əvvəlcə o, Ermənistana səfər edib. Oktyabrın 7-də isə Sarkozi Azərbaycana və daha sonra Gürcüstana yollanacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər