Döyülən jurnalistin işi Daxili İşlər Nazirliyinə verildi
12-05-2014, 09:55
Oxunub: 3 496
Jurnalistin döyülməsi faktı üzrə cinayət işi Nizami polisindən alınaraq Daxili İşlər Nazirliyinə verildi; Elton Məmmədov baş prokurorun köməkçisi olan qardaşı oğlu vasitəsi ilə istintaqa təzyiq edir...
“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlunun döyülmə faktı Nizami Rayon Polis İdarəsindən alınaraq Daxili İşlər Nazirliyinə verilib. Bu barədə musavat.com-a jurnalist özü məlumat verib.
Onun sözlərinə görə, mayın 9-u Nizami Rayon Polis İdarəsində döyülmə faktını araşdıran Xəzər adlı müstəntiq ona zəng vuraraq bildirib ki, faktı bundan sonra Daxili İşlər Nazirliyi araşdıracaq: “Mənə qarşı terror aktı ilə bağlı yalnız Feyruz Termişi deyilən şəxs tutulub. Mən narahatam. Çünki, döyülməyimlə bağlı sifarişi Feyruza verən Tural Bayramov adlı şəxs və Feyruzla əlbir olub döyülməyimi çəkib Turala təqdim edən şəxs hələ də saxlanılmaıyb. Bu gün Nizami Rayon Polis İdarəsində mənim işimi araşdıram Xəzər adlı müstəntiq zəng vuraraq bildirdi ki, Daxili İşlər Nazirliyi işi onlardan geri alıb ”.
Fərahim İlqaroğluna sui-qəsd oldu - jurnalistin döyülməsi anı kameraya düşüb!
Jurnalist bu cinayətdə əli olan digər şəxslərin tezliklə tutularaq məsuliyyətə cəlb olunacaqlarına əmin olduğunu bildirdi: “Hadisə günü çalışdığım “Yeni Müsavat” qəzetinin rəhbərliyi daxili işlər naziri cənab Ramil Usubova müraciət edib. Hörmətli nazir mənim işimlə birbaşa özü maraqlanır. Eyni zamanda işin araşdırılmasında və Feyruz Termişinin tutularaq istintaqa cəlb olunmasında Nizami Rayon Polis İdarəsi və idarənin 24-cü polis bölməsinin əməkdaşları böyük səy göstəriblər. Hadisdən sonra Daxili İşlər Nazirliyində olmuşam. Bu faktla bağlı bütün bildiklərimi onlara söyləmişəm. İnanıram ki, bu cinayətdə əli olanlar tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunacaqlar”.
Mövzu ilə bağlı şərh verən “Yeni Müsavat” qəzetinin hüquqşünası bildirib ki, jurnalistin döyülməsi ilə bağlı işin idarədən alınaraq nazirliyə verilməsi nəticəni daha da sürətləndirə bilər: “Hər bir halda bu işin diqqət mərkəzində olduğunu göstərir”.
Xatırladaq ki, aprelin 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı evin qarşısında kik-boksinq fəndləri tətbiq etməklə döyən Feyruz Termişinin həbs olunmasından sonra sıra döyülmə aktının sifarişçisinə - Ziya Məmmədovun yaxınlarının çalışdırdığı Kik - boksinq Federasiyasında çalışan Tural Bayramova çatmışdı.
Polis orqanları onun bu gün-sabah saxlanacağını vəd etmişdilər. Dünən hətta qeyri-rəsmi mənbələrdən T.Bayramovun artıq saxlandığını xəbər vermiş, onu da əlavə etmişdilər ki, Ziya və Elton Məmmədovlar istintaqa müxtəlif üsullarla təzyiq göstərirlər ki, Bayramov əsl sifarişçinin adını çəkməsin.
Belə görünür ki, nüfuzlu oliqarxların təzyiqi müəyyən nəticələr verib. Termişi tərəfindən adı çəkilən və istintaqda qeyd olunan T.Bayramov adının cinayətə qarışması xəbərinin açıqlanmasından keçən bu üç gündə hələ də "tapılıb-tutulmayıb".
Bu gün redaksiyamıza bu xüsusda daha bir məlumat daxil olub. Bildirilir ki, Fərahim İlqaroqlunun döyülməsi məsələsində istintaqa Elton Məmmədov birbaşa yox, Ziya Məmmədovun digər qardaşının oğlu, baş prokurorun böyük köməkçisi vəzifəsində işləyən Namiq Məmmədov vasitəsi ilə təzyiq edir.
Məlumatda qeyd olunur ki, Namiq Məmmədov Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun kiçik oğludur. O, əvvəllər DİN-in istintaq idarəsində müstəntiq işləyib, 4-5 ildir prokurorluğa keçib. 2012-ci ildən baş prokuror Zakir Qaralovun baş köməkçisidir. Onun digər qardaşı Fuad Məmmədov isə Salyan rayonun keçmiş polis rəisidir, hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsində rəis müavinidir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər