Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
14-06-2025, 15:37
Oxunub: 1 816
Bolgə.TV xəbər verir ki, Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu il keçirilmiş buraxılış imtahanlarında yüksək nəticə əldə edən - 300 bal toplayan rayonun Sarov kənd tam orta məktəbinin məzunu Quliyeva Çinarə Rəşid qızı və 298 bal toplayan şəhər 5 saylı tam orta məktəbin məzunu Əlizadə Sevinc Rizvan qızı ilə məzun olduqları məktəbdə görüşüb, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiya imtahanında yüksək bal topladığına görə onları təbrik edib, hər iki məzunu rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla mükafatlandırıb, onların valideynlərinə və təhsil aldıqları məktəbin müəllimlərinə təşəkkür edib.
Rayon rəhbəri qeyd edib ki, maksimum bal toplayan abituriyentlərin ölkə üzrə sayı 43 nəfərdir. Fəxr edirik ki, onların arasında bizim rayonun da məzunları var.
Sonra rayon rəhbəri respublikamızda təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq, ölkə rəhbərinin təhsillə bağlı həyata keçirirdiyi layihələrdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi fəaliyyətdən də danışıb, müstəqil Azərbaycanımızın intelektual səviyyəli, savadlı gənclərə ehtiyacı olduğunu bildirib