Kəmalə Bənənyarlı məktub yazıb: “İşgəncəyə məruz qalmışam”
12-05-2014, 20:10
Oxunub: 3 899
AXCP üzvü Kəmalə Bənənyarlı polis idarəsində işgəncəyə məruz qaldığı haqda vəkilinin dediklərini təsdiqləyib.
Kəmalə Bənənyarlı saxlandığı məntəqədən (paytaxt polisinin Binəqədidəki saxlanma məntəqəsi) mayın 9-da yazdığı, mayın 12-də “Azadliq.info”da dərc edilən məktubda bildirib ki, onun işgəncəyə məruz qaldığı haqda vəkili Əsabəli Mustafayevin “Media forum” saytına dedikləri həqiqətdir.
Kəmalə Bənənyarlı mayın 6-sı Bakıda lokal etiraz aksiyasında tutularaq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası verib. Vəkil Əsabəli Mustafayev mayın 8-də “Media forum” saytına deyib ki, Kəmalə Bənənyarlı Nəsimi Rayon Polis İdarəsində işgəncəyə, təzyiqə məruz qalıb. Həmin gün Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyilənləri qəti şəkildə təkzib edib, eyni zamanda vəkilin açıqlamasını “yersiz hay-küy qaldırmaqla ictimai diqqəti Kəmalə Bənənyarlıya yönəltmək istəyi” kimi qiymətləndirib.
Öz növbəsində Kəmalə Bənənyarlı Binəqədidəki saxlanma məntəqəsindən yazdığı məktubda Orxan Mansurzadənin açıqlamasını təkzib edib, vəkilin dediklərinin ictimai diqqəti çaşdırmaq cəhdi kimi yozulmasına qəti etirazını bildirib.
“Vəkilimin dedikləri mənim sözlərimdir. Bəli, mənim hüquqlarım pozulub, işgəncəyə məruz qalmışam” yazan Kəmalə Bənənyarlı məktubunda bildirib ki, mayın 7-də Binəqədidəki məntəqəyə yerləşdiriləndə başındakı şişi burada onu yoxlayan qadına göstərib, həmin qadın isə növbədə olan işçiyə Kəmalə Bənənyarlının başla boynunun arasında şiş olduğunu deyib.
Kəmalə Bənənyarlı məktubunda daha sonra bildirir: “Mən bunu akta yazdırdım, məni gətirən 2 nəfər qol çəkməyə qorxdu, qəbul edən adam özü qol çəkdi. Mayın 9-da mənə göstərilən akt isə həmin akt deyildi, akt dəyişdirilərək yerinə saxta akt qoyulub”.
Məktubunda Kəmalə Bənənyarlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovla görüşündən də söz açıb: “Mayın 9-da Elçin Behbudov otağıma gəldi. Mənim başım dəhşət ağrıyırdı. Başımı möhkəm sarıyaraq yatmışdım. Mən olanları danışdım, gətirilən gün başımdakı şişi qeyd etdiklərini dedim. Ancaq akt gələn zaman sonradan bildim ki, aktı dəyişiblər, hətta mənə çağırılan təcili yardımın verdiyi ağrıkəsicini və qusma əleyhinə vurulan iynəni kitabçada guya miqrendən başımın ağrıması kimi yazıblar”.
Məktubunda Kəmalə Bənənyarlı prezident İlham Əliyevin yürütdüyü siyasəti də kəskin pisləyib, ölkənin müstəmləkəyə çevrildiyini vurğulayıb. Müstəmləkəçiliyə, diktaturaya qarşı mübarizə apardığını bildirən Kəmalə Bənənyarlı qeyd edib ki, Azərbaycanda milli dəyərlər, ictimai ədalət bərpa olunanadək mübarizəsini davam etdirəcək.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər