Leyla Yunus və Xədicə İsmayıl ANS-i biabir etdi-VİDEO
13-05-2014, 12:50
Oxunub: 5 764
Fransua Olland iqtidarın ən çox hədəfində olan müxalifət və vətəndaş cəmiyyəti təmsilçilərilə görüşdü
Fransanın Azərbaycanda səfərdə olan prezidenti Fransua Olland müxalifət liderləri və vətəndaş cəmiyyəti institutunun nümayəndələri ilə görüşüb. Dünən keçirilən görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, REAL Hərəkatının Məclis sədri Erkin Qədrili, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus, “Turan” Infromasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı jurnalist Xədicə Ismayıl iştirak edib.
Görüş barədə “Azadlıq”a məlumat verən Əli Kərimli bildirib: “Görüşdə iki ölkə arasındakı münasibətlər, Azərbaycandakı siyasi vəziyyət, siyasi məhbuslarla bağlı- həbsdə olan gənclər, siyasilər, jurnalistlər, dindarlarla bağlı müzakirə apardıq. Həmçinin ölkədə seçki saxtakarlığı ilə bağlı ciddi müzakirələr apardıq. Azərbaycan - Avropa Birliyi münasibətləri, Azərbaycanın Avropa Birliyi ilə assosiasya sazişi imzalaması barədə bizim təşəbbüslərimiz, Azərbaycan hökumətinin Avropa Birliyinə inteqrasiya siyasətinə yaratdığı əngəllər də xüsusi muzakirə mövzusu oldu. Eyni zamanda Azərbaycanda fundamental hüquq və azadlıqların məhdudlaşdırılması, mətbuatin acınacaqlı vəziyyəti, sərbəst toplaşmaq azadlığının olmaması, siyasi müxalifətə, insan huquq müdafiəçilərinə qarşı təzyiqlərlə bağlı fikir mübadiləsi aparildi.
Regionda gedən prosesler də əsas müzakirə mövzularından biri oldu. Biz Ukraynadakı vəziyyəti, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan təhlükəni, Qarabağ mövzüsünü, bütövlükdə Azərbaycan xalqı üçün aktual olan məsələləri müzakirə etdik.
Görüşdə xüsusi olaraq vurğuladıq ki, təəssüf ki, Avropa Şurası Azərbaycanda müəyyən mənada ona olan etimadı itirib. Xüsusilə siyasi məhbuslar mövzusuna biganə münasibətinə görə. Bildirdik ki, Azərbaycan cəmiyyətinin Avropa Birliyinə ciddi ümidləri var, cəmiyyətimizin Avropaya inteqrasiya meylləri hələ də çox güclüdür və biz bu meylləri dəstəkləyirik. Ona görə də çox istərdik ki, Azərbaycan cəmiyyəti Avropa Birliyindən məyus olmasin. Avropa təşkilatlarının Azərbaycanda insan haqlarına, demokratik dəyişikliklərə daha diqqətli yanaşmalı olduğunu vurğuladıq".
“Ölkədə 130 siyasi dustaq var. Onlardan 40 nəfəri vicdan məhbusudur. Hollande bizdən siyahını səfirliyə verib-vermədiyimizi soruşdu. Dedim ki, çoxdan vermişik, aprelin 15-nin siyahısıdır. Bu həftə siyahını təzələyəcəyik. Əsas məsələ ondadır ki, Azərbaycanda repressiyalar güclənir, qərbyönümlü siyasətçilər, jurnalistlər, bloggerlər, hüquq müdafiəçiləri təzyiq altındadır. Rauf Mirqədirovun həbsi isə qırmızı xətti keçməkdir”.
Bu sözləri isə AzadlıqRadiosuna Fransa prezidenti ilə görüşdən sonra Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus bildirib.
O, Fransa prezidentinə təşəkkürünü belə dilə gətirib:
“Birinci sözüm o oldu ki, çox sağ olun, mən 100 faiz əminəm ki, siz bura gəldiyiniz üçün mən bu gün azadlıqdayam. Dedim, siz bura gəlmisiniz, mən sizinlə görüşürəm. Ona görə məni, həyat yoldaşımı həbs etməyiblər”.
Görüşdə iştirak edən Mehman Əliyev də fikirlərini bölüşüb. O, AzadlıqRadiosuna bunları deyib:
“Görüşdə bildirildi ki, Azərbaycan cəmiyyəti Avropa ilə sıx əlaqələr yaratmaqda maraqlıdır, Avropa Birliyi ilə intensiv dialoqa hazırdır. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bunu etmir, xalqın iradəsini nəzərə almır. Azərbaycanda totalitar sistem yaradılır və inkişaf edir... Azərbaycanın demokratik istiqamətdə inkişafını dəstəklədiyi üçün Fransa tərəfinə minnətdarlıq bildirildi. Hollande dedi ki, Azərbaycanda ikitərəfli və Avropa Birliyi çərçivəsində demokratik inkişafa daha çox diqqət yetiriləcək”.
* * *
Jurnalist Xədicə Ismayıl isə deyib ki, hamının Fransua Olland ilə danışmaq və əsas problemləri diqqətə çatdırmaq imkanı olub: “Söhbətə Leyla Yunus siyasi məhbuslar məsələsi ilə başladı. Siyasi repressiyalar mövzusunu Əli Kərimli davam etdirdi və ölkədə seçki saxtakarlıqlarından, siyasi partiyaların repressiyalarla üzləşməsindən danışdı. Mən sözə başlayanda dedim ki, yəqin, Francois Hollande bu söhbətləri eşidəndə, fikirləşir ki, bu ölkədə prezident olmaq nə yaxşıdır. Nə seçki var, nə müxalifət sərbəstdir, çünki basqı altındadır, səsini çıxara bilmir, kommunikasiya imkanları da yoxdur. Ollanda ”mən də bu ölkədə prezident olardım" deyə, düşündünüzmü?" sualını verdim. O da “yox, yox” cavabını verdi. Soruşdum ki, o hər il əmlak deklarasiyası verirmi, əmlakını bəyan edirmi? Dedi, əlbəttə edirəm. Dedim ki, ancaq Ilham Əliyev etmir. Dedim ki, biz hətta məhkəmələrə müraciət edərək bu məlumatları ala bilmirik. Hökumət qanunları sərtləşdirir, informasiyaya çıxışımız çətinləşir. Amma heç əsas məsələmiz bu da deyil. Əsas məsələmiz jurnalistlərin sağ və azadlıqda qalmaq çabalarıdır. Düz söz dediklərinə görə jurnalistlər burda öldürülür, həbsə atılır, şantaj olunur, oğurlanır. Hazırda 14 jurnalist və blogger həbsdədir".
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər