20 il müstəqilləyin son 13 günü
21-10-2011, 12:25
Oxunub: 5 974
Əvvəla, qeyd edim ki, iki mövzunu bir-birilə əlaqələndirmək fikrindəyəm.Və buna görə məni qınayanları da səbrli olmağa çağırıram. Necə ki, 13 gündür mən də öz dostuma səbr diləməklə məşğulam. Və əlimdən başqa heç nə gəlmir. Bu yazını yazmağa cəsarət də, yalnız 13 gün içində yarana bildi.
Söhbət onda deyil ki, mən nədənsə qorxuram, mən sadəcə 13 gündür məni və bütün dostlarımı ağrıdan məsələ barəsində 3 cümlə yan-yana yaza bilmirəm.
Mətnaltı nəqlə son verərək, ərz edirəm: Düz 13 gün bundan əvvəl, jurnalist dostumuz, “BolgeXeber.Com” saytının baş redaktoru Vasif Turanın iki azyaşlı oğlu Rüfət və Əhməd evdə köməksiz (gözlərimi yumanda bu uşaqların çığıra-çığıra çabalaması canlanır) şəkildə yan(dırıl)ıb.
Xəbəri mən ayın 8-də aldım. İş yoldaşım, eyni zamanda Qobu sakini Kamil Həmzəoğlu işə gələndə dedi ki, qəsəbədə bir ev yanıb, içində 2 uşaq külə dönüb. Hamımız pis olduq bu xəbərdən. Mənim dediyim ilk sözlər belə oldu: “Düşmənimə də arzulamıram!”.
Amma nə biləydim ki, 1-2 saat sonra bu faciənin düşmənim nədir, hansısa həmvətənim nədir, duz-çörək kəsdiyim dostumun başına gələcəyini biləcəm.... Bu arada yenə söz ehtiyatım tükənir. Həmin uşaqlar gəlir gözlərimin önünə.
İlk dəfə belə çətinliyi “odnoloklassniki.ru”da milli qəhrəmanımız Mübariz İbrahimovun meyitinin şəkilləri yayılandan sonra yazdığım “Anti-Mərsiyə” zamanı yaşamışdım. Amma o zaman çətinliyim, duruxmağım, uşaq kimi ağlamağım və dalbadal 3 siqaret calamağım yarım saatdan çox ömrünü almamışdı yazının.
Amma bu yazı.. 13 gündür yetişmir ki, yetişmir. Elə bu gün də yarımçıq qalacaq. Daha davam edə bilmirəm. Sadəcə... Onu demək istəyirəm ki, biz 20 ildir müstəqilliyimizi bərpa etmişik. Hər il də təntənəli bayram edirik, ölənlərin-şəhidlərin məzarına gül qoyuruq.
Dirilərimizin başına kül qoymaqla yanaşı.... Bu da bizim müstəqil respublikamız, azad cəmiyyətimiz.
Düşmənimə də arzulamaram!
Rüfət Əhmədzadə
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər