BolgeXeber.Com » Gündəm » Sürücülərin nəzərinə: Bakı-Sumqayıt yolu bağlanır

Sürücülərin nəzərinə: Bakı-Sumqayıt yolu bağlanır

13-05-2014, 14:05
Oxunub: 3 908 Bu gün axşam Bakı-Sumqayıt yolu qismən bağlanacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən bunu nəzərə almaları tövsiyə olunur.