Ceyhun Osmanlının "İrəli" İctimai Birliyi bağlandı
13-05-2014, 15:25
Oxunub: 3 621
"İrəli" İctimai Birliyinin bağlanması barədə qərar verilib.
Axar.az-ın məlumatına görə bu dəqiqələrdə təşkilatın yerləşdiyi ofisin boşaldılmasına başlanılıb. Məlumata görə, “İrəli”nin dövlət səviyyəsində dəstəklənməsinə artıq son verilib.
“İrəli”nin ofisdən çıxarılması təşkilata ayrılan maliyyənin dayandırılması ilə izah edilir. Maliyyənin dayandırılmasının əsas səbəbi kimi isə Elnur Aslanovun Prezident Administrasiyasından uzaqlaşdırılması və Ceyhun Osmanlının bu Birlik vasitəsilə Gülən hərəkatı ilə əlaqələri göstərilir. Qeyd olunur ki, təşkilatın Gənclər Fonduna təqdim etdiyi layihələrin heç biri keçməyib.
Bu barədə saytımızda 6 may tarixində “İrəli”: Gənclər Fondunun qara siyahısında” başlıqlı yazıda ətraflı məlumat vermişdik. Məsələ ilə bağlı “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevlə əlaqə saxlamağa çalışdıq.
“İrəlinin ofisdən çıxarılması ilə bağlı yayılan məlumatlar nə qədər doğrudur?” sualını eşidən R.Mərdiyev telefon əlaqəsini kəsdi. Sonrakı zənglərimiz isə cavabsız qaldı.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər