Azərbaycanda Nüvə Elektrik stansiyası tikiləcək
13-05-2014, 22:30
Oxunub: 3 632
Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində Nüvə Elektrik Stansiyasının tikintisini bərpa ediləcək
Azərbaycan Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindədir.Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu ilin sonuna qədər nazirlik bu layihənin reallaşdırılmasına başlamaq niyyətindədir: "Bu ilin sonuna kimi biz Sovet İttifaqı dövründə tikintisinə başlanılmış, lakin təxirə salınmış Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindəyik. Bu layihə çərçivəsində nüvə reaktorlarının tikintisi nəzərdə tutulub. Yəqin ki, yaxın 3-4 il ərzində bu proses başa çatar".
Qeyd edək ki, Fransanın "VINCI Construction Grands Projets" şirkətinin istismar üzrə direktoru Patrik Kadri Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsində maraq göstərib. Şirkət nüvə sahəsində reallaşdırılan layihələr çərçivəsində 47 tikinti reallaşdırıb və bu sahədə beş ən iri şirkətdən biridir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər