BolgeXeber.Com » Gündəm » "Sübut olunsa, Aynar Məmmədovu həbs edəcəklər" - Açıqlama

"Sübut olunsa, Aynar Məmmədovu həbs edəcəklər" - Açıqlama

14-05-2014, 09:00
Oxunub: 2 600 Jurnalist Fərahim İlqaroğlunun döyülməsi sifarişini verməkdə şübhəli bilinən Tural Bayramovun saxlanılması xəbəri təsdiqlənib

Bolgexeber.com xəbər verir ki, bu barədə müsavat.com saytı məlumat yayıb.
Onun barəsində hələlik 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Rauf Arifoğlu isə deyib ki, R. Usubovla görüşdə ona DİN-in çıxılmaz durumda qalması barədə heç bir məlumat verilməyib: "Söhbət açıq getdi. Mən fikirlərimi söylədim, deputat Elton Məmmədovun oğlu Aynar Əliyevdən şübhələndiyimi izahatlara cənab nazirə çatdırdım. O da dinlədi, müvafiq cavablar verdi. Bu cavablarda məni rahatsız edəcək məqam yox idi. İnanıram ki, F. İlqaroğluna qarşı cinayət sifarişini Aynar Məmmədovun verdiyi sübut olunsa, onu həbs edəcəklər. Buna həm də ona görə əminəm ki, bundan əvvəl Aynar Məmmədovun avto-xuliqanlıq etdiyi məlum olanda, onun avtomobilini cərimə meydançasına atmışdılar və mən bilən hələ də oradadır. Atası müdaxilə etmək istəsə də, heç nə edə bilməmişdi. İndi onun belə bir cinayəti etdiyi sübut olunsa, inanıram ki, qanunla müəyyən olunan cəzadan yaxa qurtara bilməyəcək. Nazirlə görüşümdən sonra bu barədə məndə bir əminlik yaranıb. Bu dəfə jurnalistlərə qarşı törədilən cinayət işi açılacaq".