Bəxtiyar Hacıyev Nurettin Eresdən polisə şikayət edib
14-05-2014, 10:50
Oxunub: 3 900
Gənc fəal birgə iş qurmaq məqsədi ilə ona 30 min manat verdiyini, lakin türk iş adamının dələduzluq etməklə pulu qaytarmadığını bildirib.
“Müsbət dəyişikliklər” hərəkatının təsisçisi Bəxtiyar Hacıyev türkiyəli iş adamından polisə şikayət edib.
Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Bəxtiyar İlyas oğlu Hacıyev mayın 13-də polisə ərizə ilə müraciət edərək 2013-cü ilin avqustunda tanışı, Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Nurettin Eres Salehettin oğluna birgə iş qurmaq məqsədi ilə 30 min manat verdiyini, lakin türk iş adamının dələduzluq etməklə pulu qaytarmadığını qeyd edib.
Daxil olan şikayət ərizəsi əsasında təhqiqat araşdırmasına başlanılıb.
Qeyd edək ki, Nurettin Eres də bir müddət əvvəl polisə müraciət edərək B. Hacıyev tərəfindən təzyiqə məruz qaldığını bildirmişdi. Həmin müraciət əsasında Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bu il aprelin 14-də B.Hacıyev Türkiyə vətəndaşı Nurəddin Eresin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.
B. Hacıyev isə APA-ya açıqlamasında Türkiyə vətəndaşı Nurəddin Eresin məktəb tikintisi adı ilə özündən borc aldığını, lakin sonradan müxtəlif bəhanələrlə pulu qaytarmadığını açıqlayıb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər