Nurçular yataqxanalardan qovulur
14-05-2014, 11:10
Oxunub: 3 588
Təhsil Nazirliyindən nurçulara ağır zərbə...
Azərbaycanın Təhsil Nazirliyi Fəthullah Gülən camaatına məxsus “Damla” tələbə yataqxanasının rəhbərliyinə xəbərdarlıq edərək yerləşdikləri binadan çıxmalarını tapşırıb.
AzVision.az-ın verdiyi xəbərə görə, buna səbəb Təhsil Nazirliyi ilə “Damla” rəhbərliyi arasında imzalanan icarə müqaviləsinin bitməsidir.
Nazirlik “Damla”nın rəhbərliyini xəbərdar ediib ki, yerləşdikləri binanın icarə müqaviləsi yenilənməyəcək və builki tədris ilinin sonunda bina boşaldılacaq.
Yataqxana rəhbərliyi isə nazirliklə müzakirələrin davam etdiyini bildirir.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev ötən gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanın Memarlıq və İnşaat Universitetinin nəzdində olan “Damla” yataqxanası boşaldılacaq və “Sabah” qruplarında təhsil alan regionlardan gəlmiş tələbələr həmin yataqxanada məskunlaşacaqlar.
Qeyd edək ki, “Damla”nın Türkiyənin ayrı-ayrı bölgələrində də yataqxanaları var.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər