Şahin Sultanovun yerinə təyin ediləcək generalın adı açıqlandı
14-05-2014, 16:15
Oxunub: 4 576
Bu ay ərzində Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin olunacaq.
Bu sözləri “Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, artıq bununla bağlı qərarın qəbul olunduğunu və yeni təyin edilmiş şəxsin adının da bəlli olduğunu bildirib: “Hərbi Dəniz Qüvvələrinin sabiq rəhbərliyi həbsdə olsa da, onun vəzifəsini yerinə yetirən konkret şəxs var.
Səhv etmirəmsə, o, birinci dərəcəli kapitandır. Hərbi Dəniz Qüvvələrində Əməliyyat bölməsinin rəisi olub. Hər halda, düşünürəm ki, bu ay ərzində biz Hərbi Dəniz Qüvvələrində yeni komandanın fəaliyyətə başlamasını görə biləcəyik. Məndə olan məlumata görə, artıq konkret şəxslə bağlı qərar qəbul olunub. Mən həmin adamın adını açıqlaya bilmərəm. Qorxuram ki, adı açıqlamaqla həmin şəxsə qarşı müəyyən problemlər yaradım. Bir şey deyə bilərəm ki, o, yüksək rütbəli - general dərəcəsinə malik olan zabitdir”.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib.
Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər