BolgeXeber.Com » Gündəm » Sumqayıtda külli miqdarda saxta ətir aşkarlanıb

Sumqayıtda külli miqdarda saxta ətir aşkarlanıb

14-05-2014, 16:50
Oxunub: 4 515 Azərbaycan polisi yarım tondan çox keyfiyyətsiz ətir müsadirə edib.

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhərin 9-cu məhəlləsinin ərazisində şəhər sakini Xəqani Qasımova məxsus qarajda Samir İsrafilova və Bakı şəhər sakini Namiq Vəliyevə məxsus mənşəyi bilinməyən və keyfiyyətsiz 13 ədəd 5 litrlik və 600 ədəd 1 litrlik qablarda (ümumilikdə 665 litr) ətir aşkar edilərək götürülüb.(APA)