«Azərpoçt»da «göbələyəbənzər» poçt şöbələri maxinasiyası
14-05-2014, 17:40
Oxunub: 3 383
«Azərpoçt»da «göbələyəbənzər» poçt şöbələri maxinasiyası Qəmbər Bəybalayevlə bağlı daha bir ittiham irəli sürülüb.
«Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayevin işçilərindən ona qarşı daha bir ağır ittiham irəli sürülüb. Məlumata görə, əsas ittihamlar rayonlarda və kəndlərdə inşa edilmiş kiçik poçt şöbələri ilə bağlıdır.
Məlumatlarda deyilir ki, məhz Qəmbər Bəybalayevin nəzarəti altında kəndlərdə inşa edilən kiçik həcmli poçt şöbələrinin tikintisinə 70 min manat pul ayrılıb. Hər biri üçün nəzərdə tutulmuş bu məbləğin həddindən artıq böyük olduğu bildirilir. Həqiqətən də kənd yerlərində inşa edilmiş «göbələyəbənzər» poçt şöbələri üçün 70 min manat xərclənməsi inandırıcı deyil.
Çünki bu vəsaitlə daha iri həcmli bir bina inşa etmək mümkündür. Gələn xəbərlərdə deyilir ki, 70 min manat kağız üzərində həmin tikintiyə sərf olunub. Əslində isə 3-4 min manata başa gəlmiş bu şöbələrə ayrılmış pulların Qəmbər Bəybalayevə çatdığı vurğulanır.
Poçt işçiləri daha sonra bildiriblər ki, baş direktorun oyunları bununla yekunlaşmayıb. Onun həmçinin kassa otaqlarının hər birinin tikintisinə 50 min manat ayırtdırdığı vurğulanır. Onlar deyirlər ki, bu şişirdilmiş rəqəmlərdir və məqsəd baş direktorun daha çox qazanc əldə etməsi niyyəti güdür.
Bu əsnada gələn başqa bir xəbərdə isə qeyd olunur ki, Qəmbər Bəybalayev ölkədəki bütün poçt filiallarının rəislərindən aylıq «haqq» alır. Bu işə nəzarəti isə köməkçisi Elşad Nurəliyev və baş mühasib Vüqar Əfəndiyev nəzarət edirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
bizimdovr.az
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər