BolgeXeber.Com » Gündəm » İlham Mirzəyevin kefi yaxşıdır

İlham Mirzəyevin kefi yaxşıdır

14-05-2014, 21:30
Oxunub: 3 333 Səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur, ailəsi ilə görüşə bilir”

Psixoloq, televiziya aparıcısı, baxıcı İlham Mirzəyev saxlandığı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Məlumatı İlham Mirzəyevin vəkili Xanlar Bayramov verib.

İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyatda tutulub, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.


Mayın 14-də danışan vəkil istintaqın davam etdiyini vurğulayıb: “Bu günlərdə İlham Mirzəyevlə görüşmüşəm. Səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur, ailəsi ilə görüşə bilir”.