Azərbaycanda işsizliyin səviyyəsi yoxsulluğa bərabərdir
15-05-2014, 11:40
Oxunub: 3 734
Lakin rəsmi çevrələr bunu etiraf etmək istəmir.
“2013-cü il dövlət büdcəsinin icrası layihəsi”nin Milli Məclisin Iqtisadi-siyasət komitəsinin iclasındakı müzakirəsində bir sıra məsələlərə toxunulub. Bunlardan biri də iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın ölkədəki işsizlik barədə dedikləridir. Nazir müavini bildirib ki, valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. S.Həsənova Azərbaycanın işsizlik səviyyəsinə görə dünyada 37-ci yeri tutduğunu da söyləyib.
Rəsmi çevrə Azərbaycanda işsizliyin 5 faiz, hətta bundan da aşağı olduğunu söyləyir. Reallıq isə deyilənlərin tam əksinə olduğunu diqtə edir.
Mütəxəssislərin sözlərinə görə, rəsmilərin işsizliklə bağlı açıqladığı rəqəmlər bir sıra idarələrə istinad edilərək verilir. Bunlardan biri də Məşğulluq Idarəsidir. Ora rəsmi şəkildə müraciət edən şəxsin qeydə alınması onların işsiz kimi tanınması deməkdir. Qeydə alınanların Azərbaycanda işsiz durumunda olanların çox cüzi hissəsini təşkil etdiyini vurğulayan ekspertlər, rəsmi dairələrin həmin kiçik hissəni nəzərdə tutduğunu bildirir:
“Həmin rəqəmləri işsizlik kimi təqdim edirlər. Ölkədə işsizlik səviyyəsinin 5 faiz olduğunu deyənlər ətrafda nə qədər işsiz vətəndaş olduğunun fərqinə varmır. 37 faiz real rəqəmləri əks etdirmir və gülüş yaradır. Bu rəqəmlər şişirdilmiş şəkildə təqdim edilir və bu sahənin mütəxəssislərində yalnız ironiya doğurur. Əhalinin işsizliyi yoxsulluq səviyyəsinə çox yaxındır. Insanların əksəriyyəti yoxsuldur və bu faiz son illər daha sürətlə artır. Işsizliyin səviyyəsi də o tempə uyğundur”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər