BolgeXeber.Com » Gündəm » Sabah Azərbaycanın məscidlərində Türkiyədə ölənlərin ruhuna dualar oxunacaq
Sabah Azərbaycanın məscidlərində Türkiyədə ölənlərin ruhuna dualar oxunacaq
15-05-2014, 13:55
Oxunub: 4 566
Allahşükür Paşazadə Türkiyə prezidentinə, baş nazirinə və diyanət işləri başqanına başsağlığı məktubları göndərib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş faciə ilə əlaqədar prezident Abdulla Gülə, baş nazir Rəcəb Tayyib Ərdoğana və diyanət işləri başqanı Mehmet Görməzə başsağlığı məktubları ünvanlayıb.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktublarda dost və qardaş Türkiyə xalqının üzləşdiyi ağır faciə - Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərinin şeyxülislamı hədsiz kədərləndirdiyi bildirilir. A. Paşazadə məktubunda Azərbaycan və Qafqaz müsəlmanları adından hər üç şəxsə, onların simasında Türkiyə dövlətinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir: “Kədərinizə şərik oluram. Allah rəhmət eləsin! Azərbaycan dindarları türkiyəli qardaşlarımız üçün dualar edir, həlak olanların ruhlarına rəhmət, yaralılara şəfa diləyirlər. Qoy Uca Rəbbimiz bu ağır faciənin acısını yaşayanlara yardımçı olsun, öz böyük mərhəmət və şəfqəti sayəsində mərhumlara rəhmət, onların ailələrinə və yaxınlarına səbr, təmkin əta etsin. Amin!”
QMİ mətbuat xidmətindən onu da bildiriblər ki, sabah – Cümə günü Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər