İstintaq dindirmələrə başladı
21-10-2011, 20:05
Oxunub: 8 194
Vasif Turanın evində aparılan təkrar ekspertiza yeni faktları üzə çıxardı, şahidlərin ilkin ifadələri alınır
Oktyabrın 7-də Qobu qəsəbəsindəki evinin yanması nəticəsində iki övladını itirən bolgexeber.com saytının baş redaktoru Vasif Turan yenidən Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat İstintaq İdarəsində olub. Bu barədə saytımıza açıqlama verən baş redaktorumuz deyib ki, nazirlikdə hazırda yanğınla əlaqədar işi araşdıran baş müstəntiq Qəhrəman Məmmədovla görüşüb.
Görüş zamanı baş müstəntiqə əlavə faktlar və məlumatlar təqdim etdiyini deyən V.Turan qeyd edib ki, onların əsasında artıq istintaq yeni istiqamətlər müəyyənləşdirməyə başlayıb. «Yanğından sonra polisin və ekspertizanın gəldiyi qənaət belə olub ki, guya, evdə elektrik xəttinə qoşulmuş atomat tənzimləyici olmayıb. Lakin biz həm həmin yanmış avtomat tənzimləyicinin qalıqlarını tapıb ortaya çıxarmışıq, həm də onun hansı dükandan alındığını təsdiqləyən fakt ortaya qoymuşuq. Hətta avtomat tənzimləyicinin alındığı dükanın qeyd dəftərində belə yazılıb ki, həmin əşaya 10 manata və nisyə alınıb».
Vasif Turan həmçinin digər şübhələndiyi məqamlar və əlavə məlumatlar barəsində də baş müstəntiqə fikirlərini çatdırıb. Lakin o, bu barədə danışmağa zərurət görmədiyini, çünki istintaqın gedişatına təsir edə biləcəyini deyib. Baş redaktor onu da bildirib ki, onun dedikləri əsasında FHN-in Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi Qəhrəman Məmmədovun rəhbərliyi ilə Qobudakı evdə təkrar ekspetiza aparılıb və yeni dəlillər götürülüb. «Evə gəlib təkrar ekspertiza apardılar və yeni faktların əldə edilməsi ilə əlaqədar protokol tərtib olundu».
Baş redaktor sonda onu da bildirdi ki, FHN-in İstintaq İdarəsində onun evində usta kimi işləmiş qaynı Elburus Ağayev və qohumu Niyaməddin Muradov dindirilib və izahatları alınıb. «Elburus Ağayev bizdə evdə işləyən zaman hədə-qorxuya məruz qalıb. Belə ki, evə gələn adamlar onları təhdid edərək, tikintini dayandırmağı tələb ediblər. Və bildiriblər ki, əgər tikinti dayandırılmasa, onu yandıracaqlar. Həmin vaxt yaranmış mübahisə nəticəsində qaynımı döyülüb. Niyaməddin Muradov isə insidentin şahidi olmaqla bərabər, həm də bəzi bilgilərə sahib olduğu üçün istintaqa çağırılıb».
Vasif Turan daha bir nəfərin istintaqa ifadə verəcəyini deyib. Lakin onun adını açıqlamayıb. «Həmin şəxs bəzi məqamlardan xəbərdardır və İstintaq İdarəsinin əməkdaşları onunla görüşüb, izahat alacaqlar. Həmin şəxsin adının açıqlanmasına hələlik gərək yoxdur».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər