Bakıda nasist geyimində videosu yayılan gənc tapıldı
15-05-2014, 15:40
Oxunub: 4 200
Bakıda nasist geyimində video görüntüsü yayılan gəncin şəxsiyyəti müəyyənləşib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində, həmin şəxsin Göyçay rayon sakini, 1991-ci il təvəllüdlü Taleh Rafael oğlu Qəhrəmanov olması müəyyən edilib. Təsdiq olunmuş məlumatlara görə, T. Qəhrəmanov mütəmadi olaraq Ukraynaya gedib-gəlib və sonuncu dəfə yanvarın 5-də Azərbaycanı tərk edib. Onun hazırda da Ukraynada olduğu bildirilir.
T. Qəhrəmanov Ukraynanın Vinnitsa şəhərində Tibb Universitetinin 5-ci kursunda oxuyur. Əldə olunan məlumata görə isə T. Qəhrəmanovun atası Göyçayda xırda ticarətlə məşğul olur, anası isə evdar qadındadır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda nasist geyimində olan gəncin video görüntüləri yayılıb. Həmin kadrlarda qara rəngli hərbi çəkmə, xaki rəngli şalvar, üzərində “III Reyxin” gerbi olan qara rəngli mayka geyinmiş gəncin Bakının mərkəzində gəzişməsi əks olunub. Görüntülərdə həmçinin gənc oğlan "ziq” deyə nasist salamı da verir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər