Rusiyanın 1 milyardlıq peyki partladı
16-05-2014, 11:15
Oxunub: 3 733
Qəzanın səbəbləri müəyyənləşənədək “Baykonur” kosmodromundan “Proton-M” daşıyıcı raketlərin orbitə buraxılması dayandırılıb
Rusiyanın “Ekspress-AM4R” ən güclü rabitə peyki fəzaya buraxıldıqdan bir neçə dəqiqə sonra məlum olmayan səbəbdən “Proton-M” daşıyıcı raketdən ayrılaraq yerə düşüb. Bu barədə “RİA Novosti”yə “Roskosmos”dakı mənbə bildirilib. Məlumata görə, “Proton-M” daşıyıcı raketin yerə düşməsi Qazaxıstanın hüdudlarından kənarda baş verib. “Ekspress-AM4R” rabitə peykinin Altay diyarı ərazisinə və ya Sakit okeana düşdüyü ehtimal olunur. Raketin yerə düşməsi nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat yoxdur. Qəzanın səbəbləri müəyyənləşənədək “Baykonur” kosmodromundan “Proton-M” daşıyıcı raketlərin orbitə buraxılması dayandırılıb. Qeyd edək ki, raketin düşməsi nəticəsində itirilən “Ekspress-AM4R” peykin dəyəri 1 mlrd rubl (200 mln avro) olub və Rusiyanın indiyədək istehsal etdiyi ən güclü rabitə peyklərindən biri olub /APA/.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər