Binəqədi icra hakimiyyətinin işçiləri qoçuluq edirlər
16-05-2014, 12:00
Oxunub: 3 736
Bakının Binəqədi rayonu ərazisində döyülmə hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə mayın 15-də gündüz saatlarında qeydə alınıb. Fatmayı bağ massivində fərdi ev tikintisində fəhlə kimi işləyən 45 yaşlı Bahadur Həsənov və digərləri ilə özlərini Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları kimi təqdim edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və Bahadur Həsənov döyülüb.
Döyülən fəhləninverdiyi məlumata görə, tikintinin aparıldığı əraziyə gələn şəxslər fəhlələrdən tikinti işlərinin dayandırılmasını tələb ediblər. Bahadur Həsənov iddia edir ki, onlar işi dayandırmağa razılaşsalar da, İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları ona hücum edərək, döyüblər.
Bahadur Həsənov yaralı vəziyyətdə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparılıb və bir neçə saat orada saxlanılıb. Yaxınlarının təkidi ilə Bahadur Həsənov ötən gün axşam saatlarında Şəhər Klinik Xəstəxanasına göndərilib. Ona tibbi yardım göstərilib, vəziyyəti stabildir.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı Fədail Mövsümov faktı təsdiqləyib. Onun sözlərinə görə, Fatmayı bağ massivində fəhlə Bahadur Həsənovla polis əməkdaşları və İcra Hakimiyyəti nümayəndələri arasında insident baş verib. Xəsarət alan fəhlənin izahatı alınıb və şikayət ərizəsi qəbul olunub. Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyətinin işçilərindən biri də polisə şikayət ərizəsi ilə müraciət edib və fəhlələr tərəfindən fiziki təzyiqə məruz qaldığını, xəsarət aldığını bildirib. Təhqiqatçının sözlərinə görə, ilkin araşdırmalardan sonra materiallar Binəqədi Rayon Prokurorluğuna göndəriləcək.
Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları tikilən evin qanunsuz olduğunu bildiriblər və sökülməsini tələb ediblər.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər