Metroda baş verən tüstülənmənin səbəbləri məlum olub.
16-05-2014, 14:55
Oxunub: 3 611
Bakı Metropoltien: "Tüstüləmənin səbəbi vaqonun alt hissəsində mühərriklərdən çıxan naqillərdə boşluq olmasıdır"
ANS TV-nin məlumatına görə, səhər saatlarında Bakı Metropolitenin Koroğlu stansiyasında vaqonlardan birində tüstüləmənin baş verməsinə səbəb vaqonun alt hissəsində mühərriklərdən çıxan naqillərdə boşluq olmasıdır. Qızan naqillərdə ərimə baş verib ki, bu da tüstüləmə ilə müşahidə olunub.
Son bir neçə gündür ki, Bakı Metropolitenin vaqonlarında yaranan nasazlıq isə gündəmə vaqonların keyfiyfəti və ümumiyyəitlə sərnişinlərin təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Elə Bakı Metropoltienində də deyirlər ki, vaqonların demək olar ki, böyük əksəriyyəti öz istismarını başa çatdırıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Raşayev qeyd edib ki, sözügedən vaqonlar sovet dövründən alınma vaqonlarıdır:
"Artıq o qatarlar istismar müddətini başa vurmaqdadır. Hər hansı bir problem olanda isə sadəcə həmin yer təmir olunub. Amma vaqonların yenilənməsi olmayıb. Artıq biz Fransanın bir neçə şirkəti ilə müqavilə imzalamışıq. Yeni vaqonların gətirilməsi nəzərdə tutulur".
Qeyd edək ki, hər bir vaqon səhər saatlarında xəttə buraxılarkən texniki baxışdan keçirilir. Amma bu baş verə biləcək hər hansı hadisənin qarşısını almağa qadir deyil. Çünkü vaqonlar köhnə olduğundan təmir edilən nasazlıq bir neçə gündən sonra yenidən özünü biruzə verir. Nəticə isə göz qabağındadır.
Artıq Bakı Metropolitenin qatarları təyin olunmuş qrafik üzrə hərəktini bərpa edib. 38 saylı marşurut üzrə hərəkət edən qatarın 4-cü vaqonu isə təmir üçün depoya göndərilib. Stansiyanın girişinə qoyulan məhdudiyyət isə aradan qaldırılıb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər