BolgeXeber.Com » Gündəm » Səlim Müslümov qeyri-əlillərə avtomobil verir?-İddia

Səlim Müslümov qeyri-əlillərə avtomobil verir?-İddia

16-05-2014, 15:55
Oxunub: 4 559 "Yaralandığım bu 22 il ərzində təqaüddən başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən heç bir yardım görməmişəm"

Redaksiyamıza 2-ci qrup Qarabağ əlili, Bakı şəhəri, Mir Cəlal küçəsi, bina 2, mənzil 114-də daimi qeydiyyatda olan Faiq Firdovsi oğlu Quliyev müracət edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə etdiyi müracətini işıqlandırmağımızı xahiş etmişdir. Müracəti olduğu kimi sizlərə təqdim edirik.

Möhtərəm Cənab Prezident!

Nəzər diqqətinizə çatdırmaq istəyirəm ki, 1992-ci ildə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə, fədəkarcasına vuruşarkən yaralanmış və sağlamlığımı itirmişəm. Lakin mən heç vaxt bundan sarsılmamışam. Əksinə vətən uğrunda canımdan keçdiyimlə fəxr eləmişəm və omrümün sonunadək də bununla fəxr edəcəyəm. Amma məni narahat edən başqa məsələdir. Belə ki, yaralandığım bu 22 il ərzində təqaüddən başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən heç bir yardım görməmişəm. Füzuli Ələkbərovun zamanında da belə idi, indi də belədir. Adı çəkilən nazirliyə dəfələrlə məktubla müracətlərim cavabsız qalıb.
Səlim Müslümov və ya onun müvəkkil işciləri konkret olaraq, hansısa maraqlarına xidmət edirlər. Məsələn, nazirliyin "əlillərə" avtomobil bağışladığı insanların çoxusu "heyvan otararkən ayğı büdrəyib yıxılanlar", "qoz ağacından yıxılaraq, qabırğası batanlar" və sairələrdir. Bunu cəmiyyətimiz şox yaxşı bilir. Hamı birmənalı olaraq belə düşünür ki, yuxarı dairələrin bu qanunsuzluqlardan xəbəri var. Əks təqdirdə bu milyon manatların dövr etdiyi "xidmətlərə" göz yummazdılar. Ancaq bu belə deyil.
Bu söz-söhbətlərə baxmayaraq, biz vətəndaşlar çox yaxşı bilirik ki, Sizin gərgin əməyiniz Azərbaycanı hər an irəliyə aparır və yaxın zamanlarda Sizin mühüm səyləriniz nəticəsində Azərbaycan, regionda ən güclü bir dövlətə çevriləcəkdir.
Çox Hörmətli Cənab Prezident!

Sizdən xahiş edirəm ki, mənim pozulmuş konstitusyon hüquqlarımın bərpası üçün müvafiq göstərişlər verəsiniz. Əvvəlcədən Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Arazmedia