Nüsrət Kəsəmənlinin oğlunun səhhəti pisləşdi, məhkəmə təxirə düşdü
16-05-2014, 17:05
Oxunub: 4 446
Nüsrət Kəsəmənlinin oğlunun səhhəti pisləşdi, məhkəmə təxirə düşdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin növbəti məhkəmə prosesi keçirilməli idi.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, proses təxirə düşüb. Səbəb Araz Kəsəmənlinin səhhətində yaranmış problemdir.
Müttəhimin qardaşı Rəşad Kəsəmənli virtualaz.org saytına açıqlamasında bildirib ki, qardaşının təzyiqi enib, özünü pis hiss edib deyə onun məhkəmə zalına gətirilməsi münasib bilinməyib.
Qeyd edək ki, bu proses hakim Cavid Hüseynovun sədrliyi ilə keirilir.
Onu da yada salaq ki, ötən ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbsxana həyatı yaşamaq məcburiyyətində qalıb. Sentyabrın 17-də A.Kəsəmənliyə qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.
İlk gündən etibarən mətbuatda A.Kəsəmənlinin günahsız yerə həbs olunması ilə bağlı xəbərlər yer alıb. Həbsxanada cəza çəkdiyi müddətdə onun idmanla məşğul olması, namaz qılması, dinə bağlılığı, ümumiyyətlə, narkotikdən istifadə etməməsi deyilirdi.
Qeyd edək ki, Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər