BolgeXeber.Com » Gündəm » Prezident bir qrup şəxsi medalla təltif etdi

Prezident bir qrup şəxsi medalla təltif etdi

16-05-2014, 20:15
Oxunub: 5 046 Onlar təltif olundular.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşları təltif edilir.


“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Quliyev Anar Adil oğlu
Primov Eldar Əskər oğlu

“Tərəqqi” medalı ilə

Cəfərova Reyhan Ələsgər qızı
Kazımova Esmira Zeynal qızı
Rüstəmov Teymur Aslan oğlu.