BolgeXeber.Com » Gündəm » Cəmşin Naxçıvanskinin kapitanı rüşvət almaqda ittiham olunur

Cəmşin Naxçıvanskinin kapitanı rüşvət almaqda ittiham olunur

17-05-2014, 11:25
Oxunub: 5 457 Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kapitanı kursantların valideynlərindən rüşvət tələb edib

Bu barədə məlumatı Qərib Məmmədov adlı vətəndaş verib.

Şikayətçinin sözlərinə görə, 3-cü bölüyün 3-cü tağımının komandiri Orxan Hüseynov valideyinlərdən külli miqdarda rüşvət alıb. Bəzi valideyinlərdən isə pul ala bilmədikdə onların övladlarını hərbi məktəbdən qovacağı ilə hədələyib.

Qərib Məmmədov deyir ki, Orxan Hüseynovla bu məsələni bir neçə dəfə müzakirə ediblər və imkansız olduqlarını bildiriblər. Amma Orxan Hüseynov onların dediklərinə əhəmiyyət verməyib. Bu hal bir neçə dəfə təkrar olunub.

Qərib Məmmədovun sözlərinə görə, Orxan Hüseynovla telefonda bir neçə dəfə bu haqda danışıblar. Hərbi prokurorluğa da bu haqda məlumat verilib. Bu günlərdə məsələ ilə bağlı cinayət işi açılacaq.

Şikayətçi Müdafiə naziri general Zakir Həsənovdan da məsələni diqqətdə saxlamağı xahiş edib.

Bolgexeber.com