BolgeXeber.Com » Gündəm » Yasamal rayonunda törədilmiş qətlin üstü açıldı

Yasamal rayonunda törədilmiş qətlin üstü açıldı

17-05-2014, 13:45
Oxunub: 3 973 Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonunda qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin açılması təmin edilmişdir.

Bakı şəhər prokurorluğu və Baş Polis idarəsinin bolgexeber.com-a verdiyi məlumata görə mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunun Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilmiş və faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Baş vermiş hadisə ilə bağlı dərhal hadisə yerinə və meyitə rayon prokurorluğunun müstəntiqinin, prokuror-kriminalistin və tibbi ekspertin işitirakı ilə baxış keçirilmiş, iş üzrə istintaq-əməliyyat qrupu yaradılaraq cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində məqsədyönülü intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Zəruri telefon danışıqlarına dair məlumatları əldə etmək məqsədi ilə sorğular verilərək müvafiq cavablar alınmış, hadisə baş vermiş ünvana yaxın ərazidə quraşdırılmış təhlükəizlik kameralarından görüntülər, hadisə yerindən sübut əhəmiyyətinə malik olacaq paltarlar, əşya və dəlillər maddi sübut kimi götürülmüş, ölümün səbəblərini müəyyən etmək üçün iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir.

Həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədilməsi müəyyən edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



bolgexeber.com