Hüquq müdafiəçisi insult keçirib
17-05-2014, 14:20
Oxunub: 3 301
Hüquq müdafiəçisinin vəziyyətinin yaxşı olmadığı bildirilir, ancaq o, xəstəxanada yatmaqdan imtina edib.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı insult keçirib. Bu barədə onun yaxınları məlumat veriblər. Bildirilir ki, qızı Mətanət Əzizova ilə bağlı yaranmış problemdən dolayı ciddi narahatlıq və stress keçirən M.Qəhrəmanlı, ciddi insult əlamətləri ilə xəstəxanaya aparılıb. O, hazırda ciddi şəkildə həkim nəzarətindədir. Ancaq xəstəxanada yatmaqdan imtina edir. Həkimlər onun durumunu orta ağır qiymətləndirirlər.
Hüquq müdafiəçisi özü xəbəri təsdiqləyib və bildirib ki, hələlik ona on günlük müalicə kursu təyin edilib: “Hər gün saatlarla həkim müayinəsindən keçirəm və həkim nəzarəti altındayam. Müalicənin təsiri olmasa, xəstəxanada yatmağa məcburam”.
Hüquq müdafiəçisinin qızı Sara Rəhmanova isə anasının müalicə nəticəsində bir qədər yaxşılaşdığını vurğulayıb. Xanımın həkimi isə deyib ki, bir neçə gün əvvəllə müqayisədə M.Qəhrəmanlının durumu yaxşılığa doğru gedir: “Təhlükə bir az sovuşub. Əvvəl vəziyyəti çox təhlükəli idi”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər