Biz Laçını düşmən işğalından azad edəcəyik
18-05-2014, 11:45
Oxunub: 4 850
18 may 1992-ci il tarixdə qeyrət qalası Laçının işğal günüdür.
Laçının işğalının 22-ci il dönümüdür. Yüksək dağlıq əraziyə malik Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə əzəli torpaqlarımızda Çar Rusiyasının sonra isə Sovet Rusiyasının məkirli siyasəti nəticəsində İran və Türkiyyədən köçrülmüş köçmən ermənilərdən təşkil olunmuş öz torpaqlarımız olan Ermənistan Respublikası ilə həmsərhəddir.
Qəhrəmanlar diyarı, qeyrət qalası, mərdlik yuvası, kişilik məktəbi, dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, ən əsası kainatın yer üzündəki cənnətidir Laçın. Laçın qonaqpərvər mərd ziyalı qəhrəman insanlarıyla hər zaman bilinən bir cənətdir. Dünyada ən nadir ağac sayılan qırmızı palıd və dəmirağac meşələri, çoxlu mineral suları, qızıl, kobalt, uran, civə, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri ilə zəngin təbiətə malikdir. Rayonmuzun mərkəzi Laçın şəhəri olmaqla ərazisi 1883 kv. km, 18 may 1992-ci ildə əhalisi 65430 nəfər olmuşdur. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayonmuzun mərkəzi olan Laçın şəhəri Bakıdan şose yoluyla 450 km məsafədə yerləşir. Rayonun əhalisi 01 yanvar 2014-cü il tarixə 73.3 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
1992-ci il tarixdə Laçın rayonunda 246 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə müəssisəsi olub. Qəhrəmanlar diyarı Laçının 18.05.1992-ci il tarixdə köçmən olan erməni separatçıları tərəfindən işğal olunmadı. Hər zaman özünü böyük qardaş kimi göstərib əslində heç bir zaman qardaş olmayıb bizə kor daş olan rus ordusu tərəfindən işğalı gerçəkləşdirildi.
Tarixən ermənilər cəfəngiyatdan başqa bir şey olmayan “böyük ermənistan ” eşqiylə baş qaldırdığı zamanlarda belə Laçının bir santim torpaqlarından keçə bilməmiş, əldə edə bilməmişdir. Sadəcə o dövürdə Rusiyaya aid silahlı ordu qüvələrinin dəstəyiylə köçmən erməni separatçılarının 18.05.1992-ci il tarixə qədər Azərbaycanın bir çox ərazilərində törətdiyi qanlı teror hadisələri həmçinin XOCALI soyqırımının dəhşətləri insanların ürəyində xof olaraq qalırdı. Həmçinin o dövürdə yenicə müstəqillik əldə etmiş Respublikamızda ictimai siyasi gərginlik və hakimiyyətsizlik xaos Laçının işğalını gerçəkləşdirdi.
Sakinlərimiz ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Biz Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, ürəyimiz yurd həsrəti ilə çırpınır. Cənab Prezidentimiz İlham Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün öz yurdlarına qayıdacaqları gün uzaqda deyil. Hər bir Azərbaycan vətəndaşı, hər bir Laçınlı hər zaman Möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin əmrini gözləyir ki, silaha sarılıb öz doğma torpaqlarımızı, yurdyuvamızı nankör köçmən erməni separatçılarının zülmündən işğalından azad etsinlər.
Bundan başqa bu gün hüquqları pozulmuş Dövlətimiz və soydaşlarımız Dövlətimizin dəstəyiylə mübarizəni beynəlxalq səviyyədə hüquqi müstəviyə daşıyıblar. Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında “Çıraqov və başqaları Ermənistana qarşı” adlı iddiayayla Soydaşlarımız İşğalçı Ermənistan dövləti ilə mübarizənin hüquqi müstəvidə də genişləndirilməsi prosesini davam etdirirlər.
Mübarizə Avropa İnsan Haqları Məhkəməsində davam edir. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün düşmüş soydaşlarımız işğalçı dövləti Avropa İnsan Haqları Məhkəməsinə veriblər. Laçın rayonundan məcburi köçkün olan 6 iddiaçı, Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi tələb olunub. Həmçinin şikayət məktubunda yer alan əsas müddəalardan biridə doğma torpaqlarımıza qayıtmaq tələbidir. Məhkəmədən ermənilərin Dövlətimizə və digər vətəndaşlarımıza vurduğu maddi-mənəvi ziyanın ödənilməsi də tələb olunub. İddiaçılar 1992-ci il mayın 17-dən Ermənistan silahlı qüvvələri tərəfindən zorla evlərindən qovulduğunu bununlada onların mülkiyyətinin ermənilərin əlinə keçdiyini, bununda nəticəsində Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmədiklərini bildiriblər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.
İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur edilməzdilər. Buna görə də iddiaçılar konvensiyanın mülkiyyət və şəxsi həyat toxunulmazlığı maddələrilə yanaşı milli-dini ayrı-seçkilik maddəsi üzrə də iddia qaldırıblar.
Biz Laçınlılar heç bir zaman inamımızı itirmədik, ona görəki, Ulu Öndərimizin siyasətini uğurla davam etdirən Möhtərəm Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev kimi rəhbərimiz var. Laçınlılar Möhtərəm Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib, cənab prezidentimizin rəhbərliyi altında Laçınımızı, işğal olunmuş digər Rayonlarımızı düşmən işğalından azad edəcəyik və 2011 ci ilin dekabrında olduğu kimi Cənab Prezidetimiz İlham Əliyevin növbəti ad günlərini Prezidentimizlə birlikdə Laçında qeyd edəcəyik. O gün uzaqda deyil. Cənab Prezidentin bu gün ki, uğurlu siyasəti nəticəsində bütün sahələrdə o cümlədən hərbi sahədə Dövlətimizin surətlə günü-gündən inkişaf etməsi, və bu gün Ali baş komandan cənab Prezidentimizin Hərbi vətənpərvərlik sahəsində apardığı uğurlu siyasətin davamı kimi Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun gənclər arasında Hərbi Vətənpərvərlik ruhunda apardığı işlər bunu deməyə əsas verir.
Laçın rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərər 7011515257 manat olub.
Fizuli Tanrıverdiyev
bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər