Biləcəridə ev tikənin evini sökdülər (VİDEO)
18-05-2014, 12:20
Oxunub: 4 496
Vətəndaşın tikdirdiyi daş hasar və bünövrə qəsəbə nümayəndəliyi tərəfindən ağır texnika vasitəsilə sökülüb
14 il zəhmət hesabına pul yığıb torpaq alan Hacıyevlər ailəsi, ev tikə bilmir. ANS TV-nin məlumatına görə, əslində onlara sözügedən torpaqda ev tikməyə mane olan səbəblər bəllidir.
Cəmaləddin Hacıyev deyir ki, 14 ildir ailəsilə birgə Biləcəri qəsəbəsində kirayədə qalır. Vaxtilə Ukraynada işləsə də, məlum hadisələrdən sonra geri dönməli olub. Əlində olan qəpik-quruşla da özünə 3 sot torpaq alıb. Ev tikmək istəyərkən problemlərlə üzləşib. Səbəb isə aldığı torpağın sənədlərinin qaydasında olmamasıdır.
Cəmaləddin Hacıyevin sözlərinə görə, torpağı etibarnamə və qəsəbə bələdiyyəsinin qərarı ilə 2-ci şəxsdən alıb. Aldığı gündən də evin tikintisinə başlayıb. Amma 15 gün sonra tikdirdiyi daş hasar və bünövrə Binəqədi rayon İcra hakimiyyətinin Biləcəri qəsəbə nümayəndəliyi tərəfindən ağır texnika vasitəsilə sökülüb.
Binəqədi rayon İcra hakimiyyətinin Biləcəri qəsəbə nümayəndəliyindən bildirilib ki, sözügedən ərazi Dövlət Neft Şirkətinin balansındadır. Vətəndaşın əlindəki sənədlər ev tikmək üçün yetərli deyil. Ona görə də Cəmaləddin Hacıyev ev tikmək istəyirsə, ilk növbədə Dövlət Neft Şirkətinə müraciət etməlidir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər