Baş redaktor baş prokurora müraciət etdi
24-10-2011, 18:20
Oxunub: 7 719
Vasif Turan Zakir Qaralovdan evinin yanması ilə bağlı istintaqın prokurorluq tərəfindən araşdırılmasını xahiş edib
Oktyabrın 7-də Qobu qəsəbəsində yerləşən evinin yanması nəticəsində iki övladını itirən bolgexeber.com saytının baş redaktoru Vasif Turan bu gün Baş Prokurorluğa və baş prokuror Zakir Qaralova müraciət edib. Bu barədə baş redaktorun özü məlumat verib.
O bildirib ki, müraciət etməsinə səbəb evinin yanması və iki uşağının həlak olması ilə bağlı Abşeron rayon Polis Şöbəsinin apardığı istintaq hərəkətlərinin passivliyi və hərəkətsizliyi ilə bağlıdır. «Abşeron polisi işi ancaq qısaqapanma ilə yekunlaşdırıb, işi bağlamağa çalışır. Amma yanmış evdən tapılan dəlillər və maddi sübutlar, habelə üzə çıxmış yeni-yeni məlumatlar göstərir ki, yanğının qəsd nəticəsində baş verdiyini deməyə əsas verir. Lakin polis öz hərəkətsizliyi ilə bizi məcburiyyət qarşısında qoydu və qərara aldıq ki, Baş Prokurorluğa müraciət edək».
Vasif Turan onu da deyib ki, həmin müraciətində əlində olan məlumatlar və əsaslı şübhələrini əks etdirən fikirlərini sadalayaraq, baş prokuror Zakir Qaralovdan istintaqın obyektiv və sistemli araşdırılması üçün xahiş edib. «Müraciətdə xahiş etmişəm ki, istintaqın aparılmasını Abşeron polisindən alaraq, Baş Prokurorluq həyata keçirsin. Həmçinin bildirmişəm ki, lazım olan digər məlumatları da müstəntiqlərə verməyə hazıram».
Bolgexeber.com-un rəhbəri sonda bildirib ki, o cinayət işinin istintaqının polisdən alınaraq, prokurorluğa veriləcəyinə böyük ümid bəsləyir. Vasif Turan həmçinin yaxın günlərdə dövlət başçısı İlham Əliyevə də müraciət etmək fikrində olduğunu deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər