“Turan“ klinikası qanunsuz fəaliyyət göstərir
19-05-2014, 10:40
Oxunub: 3 672
Baş həkim lisenziya müddətinin bitdiyini etiraf edir. Səhiyyə Nazirliyinin rəsmisi isə baş vermiş qanunsuzluğu hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu bildirir.
Verilən məlumata görə, paytaxtda yerləşən özəl tibb mərkəzlərindən olan “Turan” klinikası lisenziyasız fəaliyyət göstərir.
Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinin klinikaya verdiyi beşillik lisenziyanın müddətinin artıq iki aydır bitməsinə baxmayaraq, bu müddət ərzində klinika, qeyri-qanuni olaraq, fəaliyyətini davam etdirir. Bu isə ən azı hüquqi məsuliyyət deməkdir. Çünki lisenziya əsasında fəaliyyət göstərməyən klinikalarda vergidən yayınma halları olur və hüquqi proseslərin qanunla tənzimlənməsi həyata keçirilmir.
Baş həkim etiraf etdi
“Bəli, bizim klinikanın lisenziya müddəti bitib. Amma, biz, qanunsuz olaraq, fəaliyyət göstərmirik. Sadəcə olaraq, Səhiyyə Nazirliyinin bizə təqdim etdiyi beşillik lisenziyanın müddəti bitib. Biz onlara lisenziya üçün müraciət etmişik. Bəzi prosedurlardan sonra yenidən lisenziya alacağıq. İndi isə fəaliyyətimizi davam etdiririk”. Bunu Aktual.az-a “Turan” klinikasının baş həkimi Həmid Mustafayev bildirib.
Səhiyyə Nazirliyi məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərinə qoydu
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli Aktual.az-a deyib ki, lisenziyanın müddəti bitəndən sonra fəaliyyət göstərmək qanunsuzdur:
“Bu qanunsuzluğa görə isə Səhiyyə Nazirliyi cavabdehlik daşımır. Bunu hüquq-mühafizə orqanları araşdırmalı və lazımi ölçü götürməlidir”, – deyə mətbuat xidmətinin rəhbəri sonda qeyd edib.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər