«Odlar Yurdu»nda narazılıq yaranıb
19-05-2014, 11:30
Oxunub: 4 341
«Köçürmə»ylə gələnlərdən 1500 manat pul istənilməsi tələbələrlə rektorluğu üz-üzə qoyub
«Odlar Yurdu» Universitetində tələbələrlə rektorluq arasında münasibətlər gərginləşməyə başlayıb. Xüsusən də «köçürmə» yolu ilə universitetə gəlmiş tələbələrin əsəbləri tarıma çəkilib. JAM.AZ xəbər verir ki, buna səbəb universitet rəhbərliyinin onlardan 1500 manat imtahan və diplom işi pulu tələb etməsidir.
Məlumatı verən tələbələr qeyd edirlər ki, «Odlar Yurdu»nun rektoratlığı onların diplom müdafiəsini iyunun 20-nə təyin edib. Həmin müddətə qədər daha 4 imtahan verməlidirlər. Və bütün bunlar üçün onlardan 1500 manat tələb olunur. Həmin məbləği isə düzəltmək imkanları olmadığını bildirən tələbələr məsələni bu şəkildə qoymaq fikrində deyillər. Onlar etirazlarını universitet rəhbərliyinə açıq şəkildə çatdırmağı düşünürlər.
Onlar qeyd ediblər ki, universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayüiş etdirməyə çalışırlar. «Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil».
Xatırladaq ki. «Odlar Yurdu» Universiteti deputat Əhməd Vəliyevindir. Bu yaxınlarda deputatın oğlu təhsil nazirinin müşaviri təyin olunub.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər