Bakıda polisə 12 milyon manatlıq mənimsəmə şikayəti
19-05-2014, 11:55
Oxunub: 4 440
Bakıda külli miqdarda dəyəri olan daşınmaz əmlakın mənimsənilməsi faktı ilə bağlı polisə müraciət daxil olub.
Verilən məlumata görə, Nərimanov rayon sakini, “Çənbərəkənd” MMC-nin sabiq direktoru Məmmədov Xanlar Xanbaba oğlu polisə müraciət edərək, ona məxsus olan mülkiyyətin başqası tərəfindən ələ keçirildiyi bildirib. X.Məmmədov bildirib ki, MMC-yə rəhbərlik etdiyi müddətdə, şirkətin icraçı direktoru olan 1957-ci il təvəllüdlü Mustafayev Sərdar Nürəddin oğlu etibardan sui-istifadə edərək möhürlərin surətini çıxardıb. S.Mustafayev həmin möhürlərdən istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq MMC-nin Badamdar qəsəbəsində yerləşən və dəyəri 7 milyon manat olan, 1387 kvadrat metrlik qeyri-yaşayış sahəsini və K.Kərimov küçəsində dəyəri 5 milyon manat olan 117 kvadrat metrlik mülkü ələ keçirib.
Müraciətlə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər